...

Azərbaycan prezidenti sosial ipoteka alanların dairəsinin genişləndirilməsinə dair sərəncam verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2007 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan prezidenti İlham Əliyev iyunun 21-də 2007-ci il 23 yanvar tarixli "Azərbaycanda ipoteka kreditlərinin verilməsi mexanizminin təkmilləşdirilməsi" sərəncamına dəyişikliklərin edilməsinə dair sərəncam verib. Bu barədə rəsmi mətbuatda bildirilir.

Məlumatda deyilir ki, dəyişikliklərin məqsədi dövlət qulluğunda çalışanlara güzəştli ipoteka kreditlərinin verilməsinin təmin edilməsidir.

Müvafiq sərəncamdan sonra sosial ipoteka həmçinin dövlət mühafizəsi xüsusi xidmətinin qulluqçularına da veriləcək.

Xəbər lenti

Xəbər lenti