...

QKDK rəhbəri: "Qiymətli kağızlar bazarının Azərbaycan regionlarında genişləndirilməsi planlaşdırılır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2007 14:58 (UTC +04:00)
QKDK rəhbəri: "Qiymətli kağızlar bazarının Azərbaycan regionlarında genişləndirilməsi planlaşdırılır"

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Yaxın perspektivdə qiymətli kağızlar bazarını Azərbaycan regionlarında genişləndirmək planlaşdırılır. Azərbaycan Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Gündüz Məmmədovun cümə axşamı bildirdiyinə görə, QKDK artıq Dövlət Komitəsinin və Milli Depozit Mərkəzinin Gəncə filialının açılması xahişi ilə müraciət edib.

Onun fikrincə, qiymətli kağızlar bazarının kiçikliyi investisiya və qeyri-dövlət pensiya fondlarının, istehsal qiymətli kağızlarınn olmaması ilə izah olunur.

"Sığorta şirkətləri də bu bazarda çox zəif iştirak edir və biz yaxın zamanlarda bu məsələni həll etmək niyyətindəyik" - deyə o bildirib.

Azərbaycanda dövlət əmlakının iki özəlləşdirilmə proqramında təqribən 2 min səhmdar cəmiyyət yaranıb. 2004-cü ildə 92 mln. manat dəyərində 62 səhm buraxılışı, 2006-cı ildə isə 341 mln. manat dəyərində 135 səhm buraxılışı olub. 2007-ci ilin 5 ayı ərzində isə 203 mln. manat dəyərində 66 buraxılış olub. 2006-cı ilin müvafiq dövründə isə 110 mln. manat dəyərində 61 buraxılış olub. Müvafiq olaraq artım 8,4 faiz olub. İstiqraz bazarında da artım müşahidə olunur. Əgər 2006-cı ilin 5 ayı ərzində 15,1 mln. manat dəyərində 7 buraxılış olubsa, 2007-ci ilin müvafiq dövründə 20 mln. manat dəyərində 9 buraxılış olub. Illik orta gəlirlilik 214 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti