...

"Azərdəmiryolbank" Relax-2 depozit kampaniyasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2007 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / "Azərdəmiryolbank" ASC 2007-ci ilin 1 oktyabrınadək davam edəcək Relax-2 yay depozit kampaniyasına başlayıb. Bu barədə bankın məlumatında göstərilib.

Depozitin şərtlərinə görə, 5000-dən 200 000 manatadək (və ya ABŞ dolları) məbləğdə depozitlər 1 il müddətinə qəbul edilir. Manatla əmanətlər üzrə faiz dərəcəsi 14%, xarici valyutada isə 15% təşkil edir. Faizlər qabaqcadan ödənilmə şərti ilə tam həcmdə alınması cəmi 15 dəqiqə cəkən plastik "Express Card"la hesablanır.

Müştərinin arzusu ilə kampaniya çərçivəsində ona əmanətin 50% həcmində kredit xətti açıla bilər, pulsuz bank seyfi və IAPA güzəştli səyahət kartı verilə bilər.

Xatırladaq ki, ötən il keçirilən ilk Relax depozit kampaniyasının nəticəsi olaraq bank əlavə $8 mln. əmanət cəlb edib. Bu isə əhalinin sözügedən məhsula olan maragını təstiqləyir.

"Azərdəmiryolbank" artıq 18 ildir fəaliyyət göstərir. Onun 25%+1 səhm zərfi Avropa Yenidənqurma və İnkişaf Bankına məxsusdur.

Xəbər lenti

Xəbər lenti