Azərbaycan, Gəncə /müx. Trend V.Məmmədov/ Yarım ildə Gəncədə Metrologiya və Standartlaşdırma regional idarəsi tərəfindən 54 istehsalat müəssisəsində yoxlamalar keçirilib. Yoxlamalar nəticəsində 46 müəssisə sertifikat alıb, 8 müəssisənin fəaliyyəti isə dayandırılıb. Bu barədə bazar ertəsi günü standartlara və keyfiyyətə dövlət nəzarəti idarəsinin sektor müdiri Sənan Zərbalıyev məlumat verib.
Onun sözlərinə görə, fəaliyyəti dayandırılan müəssisələr əsasən ət və süd məhsullarının, qazlı su, rəngli metal istehsalı ilə məşğul olublar.
Gəncə Bakıdan 365 km qərbdə yerləşir.