Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin baş məşğulluq idarəsindən verilən məlumata görə, bazar ertəsi Xızıda keçirilən əmək yarmarkası zamanı 31 nəfər işlə təmin olunub. Yarmarkada 14 müəssisə və təşkilat iştirak edib və 115 vakant iş yeri təqdim olunub.
İlin əvvəlindən bəri nazirlik Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, Azərbaycanın 15 şəhər və kəndində əmək yarmarkası təşkil edib, 1076 nəfər işə qəbul olunub. Hazırlıq kurslarına 125 nəfər, ödənişli ictimai işlərə isə 120 nəfər cəlb olunub. Yarmarkalarda iştirak edən şirkətlərin sayı 488, onların təqdim etdiyi vakant yerlərin sayı isə 4773 olub.
Növbəti yarmarkalar avqustun 10-da Siyəzən, Lənkəran və Qusarda keçiriləcək.