Fələstin Qiymətli Kağızlar Bazarının rəhbəri Həsən Əbu Lubdəh bildirir ki, Fələstin ərazisi xarici investisiyalar üçün daha münbit sayılır və bu baxımdan digər ərəb ərazilərindən daha sərfəlidir.
Əbu Lubdəh "Əl-Cəzirə" agentliyinə müsahibəsində Fələstinin xarici investisiyalara daha çox önəm verməsini vurğulayıb və bunun siyasi durumla, bu cür investisiyalarsız mümkün olmayan hazırkı keçid mərhələsi ilə əlaqəli olduğunu bildirib.
Ekspert həmçinin qeyd edib ki, xarici investorların buraya sərmayə yatırmalarına mane olan səbəblər də var, lakin bu, yalnız daim təcavüzün hökm sürməsi ilə bağlı deyil. Belə ki, bu şərait uzun müddətdir yaşanır. "İvestisiya yatırımlarına mane olan səbəblərdən biri siyasi üfüqlərin işıqlı və sabit olmamasıdır ki, səramayəçilər də burada addım atmağa ehtiyatlanırlar və onları qınamaq olmaz" - deyə Lubdəh bildirib.
Fələstin birjası yerli və beynəlxalq arenada müvafiq birjalarla, eləcə də bu sahədə əlaqələri olan cəmiyyət və müəssisələrlə əlaqələri möhkəmləndirib. Qiymətli kağızlar bazarındakı duruma da toxunan ekspert bildirib ki, Fələstin ərazilərinin vaxtaşırı zərbələr altında qalması səbəbindən səhmlərin daim qalxması və ya düşməsi müşahidə olunur. "Xarici investitorlar vəziyyətin yaxşılaşmasına ümid edirlər. Əgər hökumət maliyyə probleminin həllini öz öhdəsinə götürsə, qanunun hökmranlığını təmin etsə, siyasi və iqtisadi poblemlərin öhdəsindən gələ bilsə, bu sahədə hər iki tərəf üçün əlverişli zəmin yarana bilər" - deyə o qeyd edib.