Azərbaycan, Bakı / Trend / Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı kreditləri üzrə Dövlət Agentliyi Kənd Təsərrüfatının İnkişafı Beynəlxalq Fondu ilə birlikdə həyata keçirdiyi şimal-qərb rayonlarının inkişafı layihəsi çərçivəsində tender elan edib. Agentliyin verdiyi məlumata görə, tenderin mövzusu nəqliyyat vasitələrinin alınmasıdır.
Tender bir lot, yəni benzinlə işləyən 4 WD avtomobilinin alınması üzrə keçirilir. İştirak etməkdə maraqlı olan şəxslər öz təkliflərini sentyabrın 3-ü saat 12:00-a qədər təqdim etməlidirlər.