...

Yüksək hava temperaturu ilə əlaqədar olaraq Bakıda 10-dan çox şəxs özlərini piss hiss etdiklərindən şikayətlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2007 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Babaeva/ Gün ərzində (2 avqust 09:00-dan 3 avqust 09:00-a qədər) yüksək hava temperaturu ilə əlaqədar olaraq paytaxtın 11 sakini özlərini pis hiss etdiklərindən tibbi yardıma müraciət edib. Cümə günü Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası rəhbərinin müavini Rauf Nağıyevin verdiyi məlumata görə, müraciət edənlərdən üç nəfəri xəstəxanaya yerləşdirilib.

Ölkə əarizisində son günlərdə müşahidə olunan yüksək hava temperaturu ilə əlaqədar olaraq Səhiyyə Nazirliyi əhalini diqqətli olmağa çağırır və tövsiyə edir:

-Saat 12:00-dan 18:00-dək günəş altında az qalmaq,

-Orqanizmdə su və duzun həcmini balanslaşdırmaq üçün su qəbulunu çoxaltmaq,

- Saat 11:00 və 19:00 arası çimərlikdə olmamaq.

Səhiyyə Nazirliyi qeyd edir ki, bu tövsiyələrə ürək-damar, endokrin və əsəb sistemi pozğunluğuna malik olan şəxslər, həmçinin hamilə qadınlar, uşaqlar və yaşlı insanlar mütləq əməl etməlidirlər.

Xəbər lenti

Xəbər lenti