...

Azərbaycan prezidenti: "Bakı-Tbilisi-Qars" layihəsi Qazaxıstan və Çindən yüklərin Avropa bazarına nəqli üçün əlverişli layihəyə çevrilə bilər"

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2007 15:00 (UTC +04:00)
Azərbaycan prezidenti: "Bakı-Tbilisi-Qars" layihəsi Qazaxıstan və Çindən yüklərin Avropa bazarına nəqli üçün əlverişli layihəyə çevrilə bilər"

Azərbaycan, Bakı / Trend müx. E.Hüseynov/ "Bakı-Tbilisi-Qars" - "Yeni ipək yolu" Qazaxıstan və Çindən yüklərin Avropa bazarlarına nəqli üçün yeni və əlverişli layihəyə çevrilə bilər" - deyə Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstana ikigünlük rəsmi səfəri ərəfəsində "Kazİnform"a verdiyi müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, enerji resurslarının nəqli iki ölkəni birləşdirən iri iqtisadi layihədir və Qazaxıstanın "Bakı-Tbilisi-Qars" dəmir yol magistralına qoşulması ikinci bir iri layihəyə çevrilə bilər. "Uzun illər biz bu layihəni hərəkətə gətirmək məqsədilə çox zəhmət çəkmişik. Təəssüf ki, biz kreditlərdən asılı olmuşuq, beynəlxalq maliyyə qrupları bu layihənin reallaşmasına bir o qədər də həvəs göstərməyib. İndi biz bunu özümüz həyata keçiririk. Bundan əlavə, biz Gürcüstana 200 mln. ABŞ dolları dəyərində güzəştli kredit ayırmışıq ki, Tbilisi bu vəsaitləri nəzərdə tutulan magistralın öz payına düşən hissəsini tikmək məqsədilə istifadə etsin" - deyə Əliyev bildirib.

"Bakı (Azərbaycan) - Tbilisi (Gürcüstan) - Qars (Türkiyə)" dəmir yol layihəsinə çəkilən xərclərin ümumi məbləğinin 420 mln. dollar həcmində olması və payızda tikintinin başlanması nəzərdə tutulur. Cari ilin fevral ayında Türkiyə, Gürcüstan və Azərbaycan arasında üçtərəfli müqavilə imzalanıb və Qazaxıstanın bu layihəyə qoşulması ilə bağlı danışıqlar aparılıb. Əliyev həmçinin digər iqtisadi layihələrin, o cümlədən Bakıda taxıl terminalının, Qazaxıstanda tərəvəz terminalının işə düşməsinin əhəmiyyətini vurğulayıb.

"Hazırda Azərbyacan-Qazaxıstan hökumətlərarası komissiya birgə fəaliyyət məqsədilə yeni layihələrin axtarılması istiqamətində iş aparır. Əlbəttə ki, biz özəl sektora təkan veririk, belə ki, iki ölkə arasında siyasi münasibətlər bizim biznesmenlər üçün rahatlığın rəhnidir. Mən əminəm ki, gələcəkdə bir sıra birgə layihələr meydana çıxacaq və bizim iqtisadi inteqrasiyamız yalnız güclənəcək" - deyə Azərbaycan prezidenti yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti