...

Azərbaycanla Səudiyyə Ərəbistanı iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı məsələləri müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Avqust 2007 14:38 (UTC +04:00)

Bakı, Azərbaycan / Trend / Azərbaycan və Səudiyyə Ərəbistanı iki ölkənin iş adamları arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, ticarət münasibətlərinin dərinləşdirilməsi kimi məsələləri müzakirə ediblər. Avqustun 13-də Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevin Sead Nehar əl-Bəddahın rəhbərlik etdiyi Səudiyyə Ərəbistanının işə qəbul üzrə milli komitəsi ilə görüşü keçirilib.

Görüş zamanı Babayev qeyd edib ki, Azərbaycan iqtisadi inkişaf templəri üzrə dünya liderlərinin birinə çevrilib. 2006-cı ildə iqtisadi artım 34,5 faiz, 2007-ci ilin ilk altı ayı ərzində isə 35,1 faiz təşkil edib. 2006-cı ildə Azərbaycan iqtisadiyyatına $7,6 mlrd. həcmində investisiyalar yatırılıb. 2007-ci ilin ilk yarısında maliyyənin həcmi $3,1 mlrd.-a bərabər olub.

Azərbaycanda qeyri-neft sektorunun inkişafının prioritetini önə çəkən Babayev Səudiyyə Ərəbistanının iş adamlarını Azərbaycandakı layihələrdə iştirak etməyə dəvət edib.

Öz növbəsində Səudiyyə Ərəbistanının işə qəbul üzrə milli komitəsinin rəhbəri iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə həmçinin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov və Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Əli Həsən Cəfər iştirak edib.

Xəbər lenti

Xəbər lenti