...

Dağ və dağətəyi ərazilərin inkişafı məqsədilə Şahbuz rayonunun sakinlərinə 73 min manat həcmində kredit ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Avqust 2007 17:30 (UTC +04:00)

Azərbaycan, Naxçıvan / Trend müxbir E. Məmmədov/ Dağ və dağətəyi ərazilərin inkişafına dair Dövlət proqramına əsasən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun yeddi kəndində yaşayan 162 nəfərə 73 min manat məbləğində kreditlər ayrılıb. "Mikromaliyyələşdirmə" MMC-nin Şahbuzdakı nümayəndəliyinin eksperti Nuran Xəlilovun bildirdiyinə görə, kreditlər rayonun Bıçənək, Kolanı, Mahmudoba, Yuxarı Qışlaq, Aşağı Qışlaq, Ağbulaq və Kükü kəndlərində heyvandarlıq inkişafına yönəlib. Ən böyük krediti Kolanı kəndinin sakinləri alıblar - 68 nəfər 37 min manat alıb.

2004-cü ildən ayrılan kreditlərin məqsədi xırda ticarət, heyvandarlıq, arıçılıq və digər sahələrin inkişafıdır. Bu vaxtadək rayonun 10 kəndinin 2349 kiçik sahibkara 798 min 800 manat dəyərində kredit ayrılıb.

Xəbər lenti

Xəbər lenti