...

Azərbaycanın kiçik şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması üzrə Dünya Bankı və Azərbaycan saziş imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2007 17:45 (UTC +04:00)
Azərbaycanın kiçik şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin  yaxşılaşdırılması üzrə Dünya Bankı və Azərbaycan saziş imzalayıb

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Dünya Bankı və Azərbaycan Respublikasının hökuməti arasında avqustun 17-də Azərbaycan milli su təchizatı və kanalizasıya layihəsi üçün 230 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanıb. Bu barədə cümə günü Dünya Bankının Bakı nümayəndəliyindən məlumat verilib. Kredit sazişini Azərbaycanın maliyyə naziri Samir Şərifov və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Qreqori Yedjeyçak, layihə müqaviləsini isə "Azərsu" SC rəhbəri Nizaməddin Rzayev imzalayıb.

Layihəyə NMR-dən iki şəhərin daxil edilməsi ilə əlaqədar orada işlərin görülməsi üçün Naxçıvan MR-in baş naziri Əlövsət Baxşıyevlə daha bir layihə müqaviləsi imzalanıb.

Layihə 14 iyun 2007-ci ildə DB Direktorlar Şurasında təsdiq olunub və onun həyata keçirilməsi üçün bank 230 mln dollar kredit verəcək. Layihə üç komponentdən ibarətdir:

Rayon investisiya komponenti çərçivəsində ən azı iyirmi rayonda su təchizatı və kanalizasiya sistemlərinin, habelə su təmizləmə və maye tullantıların emalı qurğularının yenidənqurulması və genişləndirilməsi maliyyələşdiriləcək. Birinci mərhələdə işlər Azərbayacanın 10 rayon mərkəzində (Aqstafa, Biləsuvar, Goranboy, Qəbələ, Quba, Saatlı, Oğuz, Xanlar, Tovuz, Zaqatala, Hacıqabul, Qazax, Qax, Mingəçevir, Sabirabad, Samux, Şəmkir, Tərtər və NMR (Şərur və Babək) həyata keçiriləcək. Layihə cəmisi 20 rayonu əhatə edəcək. Daha öncə layihəyə daha iki rayonun qoşulması nəzərdə tutulsa da, bu məsələ artıq gündəlikdən çıxarılıb.

İkinci komponent çərçivəsində Böyük Bakı ərazisi üçün regional inkişaf planının hazırlanması maliyyələşdiriləcək. Bu Plan bütün Abşeron yarımadasında gələcək infrastruktur inversiyaları (su və kanalizasiya sistemlərinə investisiyalar da daxil olmaqla) üçün çərçivəni təşkil edəcək.

Üçüncü komponent çərçivəsində su təchizatı və kanalizasiya xidmətlərinin səmərəliliyini və dayanıqlığını artırmaq məqsədilə Azərsu və onun törəmə müəssisələrinin, habelə Naxçıvan Muxtar Respublikasının Meliorasiya və Su Təsərrüfatı Agentliyinin modernləşdirilməsi üçün ehtiyac duyulan vacib islahatlar dəstəklənəcək.

Layihənin 2012-ci ildə qədər həyata keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti