...

Azərbaycan Finlandiyanın sosial yardım sistemi ilə tanış olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2007 11:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Əmək və Əhalinin sosial müdafiəsi nazirliyinin nümayəndələri 18-26 avqust tarixində Finlandiyaya səfər edəcəklər. Məqsəd treninqlərdə iştirak etməkdir. Nazirlikdən verilən xəbərə görə, treninqlər TACIS proqramının "Azərbaycanda sosial müdafiəsi sisteminin islahatı" layihəsi çərçivəsində keçiriləcək.

Məqsəd nazirliyin əməkdaşlarını Finlandiyanın sosial müdafiəsi sistemi ilə tanış etməkdir. Səfər çərçivəsində səhiyyə və sosial işlər nazirliyində, Helsinki və Tampere şəhər şuralarında, yerli sosila müdafiə mərkəzlərində, sosial müdafiə və səhiyyə araşdırılması Milli institutda görüşlər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti