...

BVF-nin nümayəndəsi: Gürcüstan iri ixrac bazarlarını itirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2007 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Beynəlxalq Valyuta Fondu Gürüstanın yoxsulluqla mübarizə proqramının həyata keçirməsinin sayca altıncı müşahidəsini aparıb. Fondun məlumatında bildirilir ki, bu müşahidənin yekunu olaraq Fond Tiflisə 21,3 mln. dollar həcmində yeni kredit tranşı ayırmaq qərarına gəlib.

Proqram 2004-cü il iyunun 4-də təsdiq olunub və üçillik bir müddət üçün nəzərdə tutulub. Fondun Gürcüstana yardımının ümumi həcmi 150 mln. dollar təşki edir.

Qəbul olunan qərara münasibət bildirən BVF-nin direktorunun müavini Takatosi Kato bəyan edib ki, Gürcüstan "iri ixrac bazarlarını itirməsinə" baxmayaraq son illər ərzində "heyranedici" iqtisadi göstəricilərə nail olub.

Onun sözərinə görə, belə elastiklik hökumət orqanlarının güclü siyasətə can atmasını gösərir ki, bu da onlara maliyyə göstəricilərində və biznes aləmində mikroiqtiadi sabitliyə nail olmağa imkan verir.

Bu uğur öz növbəsində həmçinin böyük xarici axın və defisitin artması ilə əlaqədar olaraq problemlər yaradıb. Hökumət larinin dəyərinin artmasına olan təzyiqləri məhdudlaşdırmaq məqsədilə möhkəm fiskal şərait təmin etməyi planlaşdırır, bu təzyiqlər beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsir göstərə bilər.

Onun sözlərinə görə, Gürcüstan hökuməti "proqramın fəaliyyət müddəti bitdikdən sonra fondla sıx əməkdaşlığı davam etdirmək niyyətindədir".

Xəbər lenti

Xəbər lenti