...

Azərbaycanın iqtisadi inkişaf naziri Almaniya şirkətlərinə Azərbaycan İnvestisiya Şirkəti ilə birgə layihələrdə iştirak etməyi təklif edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2007 11:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev Almaniya şirkətlərini Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə birgə layihələrdə iştirak etməyə çağırıb. Bunu Babayev Almaniya Bundestaqının xarici siyasət və müdafiə komissiyasının üzvü Andreas Şokenxofun rəhbərlik etdiyi Bundestaq deputatlarından ibarət nümayəndə heyəti ilə görüşdə deyib.

Babayev qeyd edib ki, 2006-cı ildə Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 412,7 mln. dollar təşkil edib, 2007-ci ilin birinci yarısında isə müvafiq rəqəm 200 mln. dollara çatıb. Gələcəkdə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1 mlrd. dollar təşkil edə bilər.

Almaniyanın iqtisadiyyat nazirinin Azərbaycana nəzərdə tutulan səfəri zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq.

Görüşdə həmçinin Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov iştirak edib.

Xəbər lenti

Xəbər lenti