Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Trend tərəfindən cümə axşamı rəyi soruşulan Azərbaycan sığorta şirkətləri bazarda yeni bir sığorta şirkətinin peyda olma gözləntisini alqışlayıblar.
Tural Sigorta şirkətində təsisçilərin dəyişikliyi aparılır və onun yeni sahibi Bank Respublika ola bilər. Bankın səhmdarları hazırda bu məsələ üzərində işləyirlər.
"Yeni güclü sığorta şirkətlərinin bazarda iştirakı peşəkarlığın və rəqabətqabiliyyətinin artmasına yardım edəcək", - deyə Azərbaycanın iri sığorta şirkətinin nümayəndəsi söyləyib.
Ölkədə hazırda 29 sığorta şirkəti fəalityyət göstərir.
Digər iri sığorta şirkətindən bildiriblər ki: "Üstünlük o olacaq ki, xaricdə Azərbaycanın daha bir güclü sığorta şirkəti məlum olacaq".
Birinci yarımildə şirkətin sığorta gəlirləri 70,68 mln. manat, ödəmələri isə 16,26 mln. manat təşkil edib.