...

Ekspert: "Azərbaycan tikinti şirkətlərində yeni vergiqoyma sistemi vergidən yayınmanı azaldacaq"

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2007 12:39 (UTC +04:00)
Ekspert: "Azərbaycan tikinti şirkətlərində  yeni vergiqoyma sistemi vergidən yayınmanı azaldacaq"

Azərbaycan, Bakı / Trend , müxbir U.İsmaylova/ Azərbaycanın tikinti şirkətləri üçün gözlənilən yeni vergiqoyma sisteminin tətbiqi daşınmaz əmlak bazarında qiymətlərə təsir edəcək. Bu barədə məlumatı cümə günü "Daşınmaz əmlak bazarının iştirakçıları" İctimai Təşkilatının icraçı direktoru Nüsrət İbrahimov verib.

Yeni sistemin tətbiqindən sonra yerli tikinti şirkətləri bir kvadrat metrə görə 10 manat ödəməlidirlər və yaşayış binasının yerləşdiyi ərazidən asılı olaraq olaraq əmsallar (Şəhərin mərkəzində 50 manat və yaşayış binasının yerləşdiyi ərazidən asılı olarq qiymət azala bilər) tətbiq ediləcək.

İbrahimovun sözlərinə görə, evlərin qiymətinin dəyişməsini proqnozlaşdırmaq hələ tezdir, çünki hazırda şirkətlər Nazirlər Kabinetinin əmsalları təsdiq etməsini gözləyir.

İbrahimov qeyd edib ki, yeni sistem vergidən yayınma hallarının azalmasına təsir göstərəcək ki, bu da əvvəllər real alıcının meydana çıxması zamanı süni şəkildə qiymətlərin aşağı salınmasına gətirib çıxarırdı.

İyul ayında Bakıda evlərin orta qiyməti 86,5 min dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti