...

Bakı Banklararası Valyuta Birjası avqustun 24-nə ticarətin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2007 19:19 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, avqustun 24-də USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8515 AZN təşkil edib.

BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollara görə 0,8510 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 5,961 mln. manat olub. Sessiyanın yekunlarına görə manatın orta məzənnəsi dollara nisbətən 0,0006 bənd düşüb və 0,8516 AZN təşkil edib.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 1 021 200 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,8510 manat olub.

Beləliklə hər iki sessiyalarının nəticələrinə görə "Birja Elektron Sistemində Ticarət"in ümumi həcmi USD/AZN aləti üzrə 8,2 mln dollar və ya 6 982 200 manat olub. Orta hesabla hər sövdələşmənin payına 2 050 000 dolları düşüb.

Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,00%, ABŞ dolları üzrə isə illik 15,00% təşkil edib.

Xəbər lenti

Xəbər lenti