...

AZAL təyyarələrin bir hissəsini Bakı-Naxçıvan-Bakı istiqamətinə yönəldəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2007 15:04 (UTC +04:00)
AZAL təyyarələrin bir hissəsini Bakı-Naxçıvan-Bakı istiqamətinə yönəldəcək

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Bakı-Gəncə-Bakı reysinin təyyarələri bir müddət Bakı-Naxçıvan-Bakı istiqamətində uçuşlar həyata keçirəcək. Bunu bazar ertəsi Azərbaycan Hava Yolları (AZAL) dövlət konserninin nümayəndəsi Məhərrəm Səfərli deyib.

Bakı-Naxçıvan-Bakı marşrutu ilə gün ərzində beş reys, Bakı-Gəncə-Bakı marşrutu ilə isə həftədə üç reys həyata keçirilir.

Səfərlinin sözlərinə görə, belə bir qərar Naxçıvan hava limanında yaranmış hallarla əlaqədər qəbul olunub. Ötən həftənin sonlarından Naxçıvan Muxtar Respublikasında biletlərə böyük növbələr yaranıb. Bu, Bakı istiqamətinə reyslərin çatışmazlığından irəli gəlib. "Bakı-Gəncə-Bakı reysləri Bakı- Naxçıvan-Bakı reysi ilə bağlı problem yoluna qoyulandan sonra bərpa olunacaq" - deyə o bildirib.

Səfərli qeyd edib ki, bu cür hallar ciddi faktordur və birinci dəfə yaranmır. Söhbət Naxçıvandan olan tələbə və işçilərin yay tətilindən sonra Bakıya dönmələri ilə əlaqədər yaranan vəziyyətdən gedir.

Xəbər lenti

Xəbər lenti