...

Nazir: "Koreya Azərbaycanın qeyri-neft sektoruna 2 mlrd. dollar sərmayə yatıracaq" (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2007 15:11 (UTC +04:00)
Nazir: "Koreya Azərbaycanın qeyri-neft sektoruna 2 mlrd. dollar sərmayə yatıracaq" (video)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Bazar ertəsi Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevin Bakıda keçirilən Azərbaycan-Koreya biznes -forumunda verdiyi məlumata görə, hazırda qeyri-neft sektorunun inkişafı Azərbaycan üçün prioritet istiqamətdir.

Nazir bəyan edib ki, Cənubi Koreya şirkətlərinin digərlərindən fərqi ondadır ki, onlar daha çox qeyri-neft sektoruna diqqət ayırır.

Babayevin sözlərinə görə, Azərbaycan və Koreyanın əməkdaşlığı yeni layihələrə gətirib çıxaracaq. "Koreya şirkətləri Azərbaycanda böyük fəallıq göstərirlər" - deyə o bildirib.

"Əməkdaşlığın növbəti mərhələsinə keçmək lazımdır. Qarşılıqlı anlaşma memorandumları razılıqlara çevrilməlidir. Hazırda biz Koreya şirkətlərinin birindən razılışmanın şərtlərini almışıq, bu şərtləri qiymətləndirdikdən sonra cavab verəcəyik" - deyə Babayev əlavə edib.

Memorandum əsasən energetika sahəsinə, həmçinin azad iqtisadi zonada gəmiqayırma və limanın köçürülməsi məsələsinə aiddir.

Nazir həmçinin bildirib ki, tezliklə Koreya Azərbaycana təxminən 2 mlrd. dollar sərmayə yatıracaq ki, bu sərmayələrin yarısı energetika sahəsinə yönəldiləcək, lakin birbaşa olaraq neftlə əlaqədar olmayacaq.

Xəbər lenti

Xəbər lenti