...

Avqustun 31-dən BVF-in nümayəndəsi Azərbaycanın 2008-ci il makroiqtisadiyyatı üzrə məsləhətləşmələrə başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Avqust 2007 15:29 (UTC +04:00)
Avqustun 31-dən BVF-in nümayəndəsi Azərbaycanın 2008-ci il makroiqtisadiyyatı üzrə məsləhətləşmələrə başlayacaq

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova / Beynəlxalq Valyuta Fondunun (BVF) Bakı nümayəndəliyindən çərşənbə günü verilən məlumata görə, 2007-ci ilin sonuna qədər mövcud olacaq makroiqtisadi vəziyyət və siyasət, dövlət büdcəsinin proqnozlarının hazırlanması prosesi və 2008-ci il üçün nəzərdə tutulan makroiqtsadi çərçivələr ilə tanış olmaq məqsədilə avqustun 29-dan BVF-in Azərbaycana missiyası başlanıb. Missiyanın rəhbəri, BVF-in Yaxın Şərq və Mərkəzi Asiya ölkələri ilə iş üzrə Departament direktorunun müavini Vitaliy Kramarenko avqustun 31-dən fəaliyyətə başlayacaq.

Missiyanın tərkibinə həmçinin fondun baş iqtisadçısı Mayra Zermeno və iqtisadçı Şuanq Dinq daxildir. Bu gün görüşlərin yalnız ölkənin Maliyyə Nazirliyində, səfərin sonuna, yəni sentyabrın 6-na qədər İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Beynəlxalq Bankı, ARDNŞ və Dövlət Neft Fondunda keçirilməsi planlaşdırılır.

Valyuta Fondu Azərbaycana makroiqtisadi modelin qurulmasında kömək etməyə hazırdır. Bu modellər büdcə proqnozlarının yaradılması zamanı əsas götürüləcək. İnfilyasiya üzrə proqnozların məqsəd göstəriciləri dövlət büdcəsinin proqnoz göstəriciləri ilə üst-üstə düşməlidir.

BVF 2007-ci il büdcəsinin hazırlanması zamanı dövlət xərclərinin artım tempini aşağı salmağı təklif edib. Lakin hökumət bu dövrdə belə bir düzəlişin aparılmasını effektiv hesab etməyib və büdcə xərclərinin artım tempinin 2008-ci ildən başlayaraq aşağı salınması və bu prosesi aktiv olaraq 2009 və 2010-cu illərdə aparmaq barədə razılığa gəlib. Valyuta Fondu Azərbaycana büdcə proqnozlaşdırılması ilə bağlı mümkün ssenari təqdim edib.

BVF-in proqnozlarına görə, 2008-ci ildə ümumdövlət gəlirləri 2007-ci illə müqayisədə 123%, 2009-cu ildə 23%, 2010-cu ildə isə 6,1% artacaq.

Lakin 2011-ci ildə dövlət gəlirlərinin 0,3%, 2012-ci ildə 0,8% azalacağı proqnozlaşdırılır.

Təsdiq olunan dövlət büdcəsinə əsasən, 2007-ci ildə gəlirlərin 5 mlrd. 335,7 mln. manat həcmində, xərclərin 5 mlrd. 714,7 mln., defisitin 379 mln. manat olması gözlənilir.

Xəbər lenti

Xəbər lenti