...

Bakıda mebel istehsalı ilə məşğul olan Azərbaycan-Belarus BM-in yaradılması ilə bağlı razılaşma imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2007 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviçin verdiyi məlumata görə, bazar ertəsi Bakıda Belarusun "Qomeldrev" və Azərbaycanın "Azles İxrac-İdxal" şirkəti arsında Azərbaycanda mebel istehsalı ilə məşğul olan birgə müəssisənin (BM) yaradılması ilə bağlı razılaşma imzalanıb.

Səfirin sözlərinə görə, ilkin mərhələdə BM yalnız mebel istehsalı ilə məşğul olacaq. "Burada (Azərbaycanda) ayrı-ayrı hissələrin istehsalı perspektivləri var. Bu daha ucuz və daha sərfəlidir" - deyə səfir bildirib.

Avqust ayında Belarusun iri bebel müəssisələrindən biri olan "Qomeldrev" ASC-nin səhmdarlarının iclası zamanı Bakıda mebel salonunun açılması ilə bağlı qərar qəbul olunub.

Hazırda Bakıda İtaliya, Rumıniya, Türkiyə, Polşa, Çexiya və İran istehsalı olan mebellər satılır. Az miqdarda yerli mebel də istehsal olunur.

Xəbər lenti

Xəbər lenti