...

İranda son iki ildə neft gəlirlərindən iqtisadiyyata yatırılan vəsaitlər 39.5% artıb

Energetika Materials 15 Sentyabr 2007 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir D.Xatınoğlu/ İranda neft gəlirlərindən iqtisadiyyata cəlb olunan vəsait iki il müddətində 39.5% artıb və 108 milyard dollardan 155 milyard dollara qədər yüksəlib. İran İqtisadiyyat Agentliyinin rəsmi statistikaya əsasən verdiyi məlumatlar İran iqtisadiyyatına cəlb olunan bu vəsaitlərin İran iqtisadiyyatı tarixində görünməmiş həddə artdığından xəbər verir. İranın "Mərkəzi" bankının məlumatına əsasən, Mahmud Əhmədinejadın prezidentliyi dövrundə neft gəlirlərinin çox hissəsinin İran iqtisadiyyatına cəlb edilməsi nəticəsində infilyasiya son iki ildə 15.4% artıb.

İranın neft gəlirləri son iki ildə 100 milyard dollardan çox olub. Bu məbləğin çox hissəsi İran iqtisadiyyatına cəlb olunub. İranda ehtiyat fondunda yığılan məbləğ isə iki il müddətində 9 milyard dollardan 7 milyarda çatıb. İqtisadiyyata cəlb olunan vəsaitlərin nəticəsində qiymətlərdə artım müşahidə olunur. Xüsusilə iki ildə İranın böyük şəhərlərində ev qiymətləri 50% artıb.

Xəbər lenti

Xəbər lenti