...

Azərbaycanlı istehsalçılar mazut ehtiyatını artırıblar

Energetika Materials 18 Sentyabr 2007 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Əliyev/ Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, səkkiz ay ərzində mazutun istehsal ehtiyatları 353,1 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövründən 22,6 faiz çoxdur.

Bu həcmin 351, 4 min tonu sənaye müəssisələrinin (ötən ildən 22 faiz çox), 1,6 min tonu nəqliyyat müəssisələrinin (ötən ildən 32,2 faiz çox), 0,1 min tonu isə digər ehtiyacların (ötən ildəki qədər)payına düşüb.

Daş kömürün istehsal ehtiyatları səkkiz ay ərzində 1,2 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə, bu göstəricinin 2,7 dəfə artmasını göstərir. Bütün həcm nəqliyyatın payına düşüb.

Xəbər lenti

Xəbər lenti