...

"KazMunayQaz" SC 1,050 mlrd. dollar həcmində sindikatlaşdırılmış beynəlxalq kredit cəlb edib

Energetika Materials 3 Oktyabr 2007 14:57 (UTC +04:00)

Qazaxıstan, Astana / Trend müxbir K.Konırova/ "KazMunayQaz" SC-nin mətbuat xidmətinin verdiyi məlumata görə, şirkət 1,050 mrld. dollar həcmində sindikatlaşdırılmış beynəlxalq kredit cəlb edilməsi ilə bağlı müqavilə imzalayıb. İmzalanmış müqavilə bu il şirkətin sindikatlaşdırılmış kredit bazarında apardığı ilk əməliyyatdır. Cəlb edilmiş pul vəsaiti 2006-cı il yanvarın 27-də cəlb edilmiş kreditin yenidən maliyyələşdirilməsinə, həmçinin Şimal-Xəzər layihəsində "KazMunayQaz"ın payının maliyyələşdirilməsinə yönəldiləcək.

Sindikata 11 bank daxildir. Pul vəsaitinin əsas təşkilatçıları qismində SITI, BNP PARIBAS və SOCIETE GENERALE şirkətləri çıxış ediblər.

Pul vəsaiti üzrə faiz dərəcəsi LIBOR + 0,5 % illik təşki edib ki, bu da 2006-cı ilin yanvar ayında cəlb edilən analoji kredit ilə müqayisədə dəyərin aşağı düşməsi deməkdir. Cəlb edilmiş pul vəsaitinin müddəti 15 aydır.

Xəbər lenti

Xəbər lenti