Azərbaycan, Bakı/ Trend / 2007-ci il ərzində Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının müəssisələrində 40 gəminin təmir olunması nəzərdə tutulub. Bu işlərə 11 mln. 833 911 manat məbləğində vəsait sərf olunacaq. Hazırda 32 gəmi təmirdədir. Bunların 7-si tərsanə, 16-sı əsaslı, 9 ədədi isə cari təmirdədir.
Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması Zülfi Hacıyev kran gəmisi, "SLV-411" liman-təminat gəmisi və "Məcik-1" sərnişin gəmisinin təmirini başa çatdırıb.
"Atlet-24" kran gəmisi və yedək gəmisi tərsanə təmirinə saxlanılıb. Hazırda adıçəkilən gəmilərin tərsanəyə qaldırılması üçün hazırlıq işləri həyata keçirilir.