...

ARDNŞ-in quyu istismarı fondu genişlənib

Energetika Materials 5 Oktyabr 2007 20:06 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkətinin quyu istismarı fondu (Birgə müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) oktyabrın birinə 6175 ədəd (1 sentyabr - 6172) təşkil edib. Bu barədə məlumat ARDNŞ-dən verilib.

Mövcud quyu fondundakı 4901 quyudan (1 sentyabr - 4893) 1260 quyu (1 sentyabr - 1264) fəaliyyətsiz quyu fondunda, 14 quyu (1 sentyabr - 15) mənimsəmədədir.

Azərbycanda 57 neft-qaz yatağı mövcuddur ki, onların da 18-i dənizdə, qalanları qurudadır. ARDNŞ-in əməkdaşlarının sayı təqribən 60 min nəfərdir.

Xəbər lenti

Xəbər lenti