Azərbaycan, Bakı / Trend / Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin Ceyhan limanına Bakı - Tbilisi - Ceyhan (BTC) boru kəməri ilə daşınan Azeri Light markalı öz neft (Şirkət nefti) partiyasının satışı üçün tender elan edib. Bu barədə çərşənbə axşamı ARDNŞ-dən məlumat verilib. Bir milyon barrel (və ya 135 min. ton) həcmində olan neft partiyası 30 oktyabr - 1 noyabr tarixlərində göndəriləcək.
Tenderin yekunları oktyabrın 9- da elan olunacaq.
AZERI LT FOB Ceyhan neftinin qiyməti oktyabrın 5-də $78,62/barr. (əvvəlki qiymətdən $1,28/barr. artıq) təşkil edib.
2007-ci ildə ARDNŞ-nin neft partiyasını Ceyhandan bu şirkətlər əldə ediblər:
Glencore Energy- yanvar (1 mln. barrel);
VILMA OIL - yanvar-fevral (1 mln. barrel);
Select Energy- fevral (600 min. barrel);
Select Energy- fevral-mart (1 mln. barrel);
Glencore Energy - mart (1 mln. barrel);
Addax - mart (1 mln. barrel);
Sumato Energy - aprel (1 mln. barrel);
Select Energy - aprel (1 mln. barrel);
Arcadia- may (2 mln. barrel);
OMV Supply & Trading - may (1 mln. barrel);
Vitol - iyun (1 mln. barrel);
Shell- iyun (1 mln. barrel);
Sumato Energy - iyul (1 mln. barrel);
Exxon-Mobil - oktyabr (1 mln. barrel).