...

Azərbaycanda "Energetiklər Günü" qeyd olunur

Energetika Materials 19 Oktyabr 2007 15:08 (UTC +04:00)
Azərbaycanda "Energetiklər Günü" qeyd olunur

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ Sabah Azərbaycanda Energetiklər Günü qeyd olunacaq. Cümə günü "Azəreneji" Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevin verdiyi məlumata görə, hazırda respublikada enerji istehsal edən yeni obyektlərin tikintisi məqsədilə ciddi iş aparılır.

Onun sözlərinə görə, Sumqayıt elektrik stansiyasında gücü 506 MVt olan buxar-qaz qurğusunun tikintisinin başa çatdırılması nəzərdə tutulur. Həmçinin, "Şimal" elektrik stansiyasında gücü 400 MVt olan ikinci buxar-qaz qurğusunun tikintisinə başlamaq nəzərdə tutulur. Mingəçevir İES və Əli Bayramlı elektrik stansiyasında bərpa işlərinin aparılması və istahsal gücünün artırılacağı gözlənilir.

"Azərenerji" idarəsində olan 46 paylaşdırıcı şəbəkədə böyük həcmdə işlər aparılır. Pirverdiyevin sözlərinə görə, bu rayonlarda sayğacların quraşdırılması artıq başa çatıb ki, bu da elektrik enerjisinin istehlakının 14% (təxminən 2,5 mlrd. kVt/ saat enerji) aşağı düşməsinə səbəb olub, pul vəsaitlərilə isə, bu, 300 mln. dollar deməkdir. Hazırda SC Gəncə və digər şəhərlərdə əvvəlcədən ödəmə sistemi ilə sayğacların quraşdırılması üzrə pilot layihələr həyata keçirmək niyyətindədir.

Azərbaycanda elektrik enerjisinin istehsalına 1973-cü ildən başlanıb. 1915-ci ildə ölkə mövcud istehsal obyektlərinə görə 3-cü yeri tutub. "Azərenerji" 1935-ci ildə yaradılıb və bu il Səhmdar Cəmiyyət, fəaliyyətinin 72-ci ildönümünü qeyd edir.

Xəbər lenti

Xəbər lenti