...

Azərbaycanda 2008-ci il üçün yanacaq-energetika ehtiyatının hazırlığı başa çatıb

Energetika Materials 20 Noyabr 2007 19:33 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycanın Yanacaq və Energetika Nazirliyi 2008-ci il üçün ölkənin yanacaq-energetika ehtiyatının hazırlığını başa çatdırıb. Çərşənbə axşamı hökumətdən bildiriblər ki, bu, hökumətin təsdiqinə verilib. Növbəti ilin ehtiyatının əsas göstəricisi qaz hasilatıdır. Buraya Azərbaycanın "Şah Dəniz" qaz-kondensat yatağından alacağı qazın həcmi, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin "Azəri" - "Çıraq" - "Günəşli" yatağından Azərbaycana verəcəyi səmt qazının miqdarı, Respublika Dövlət Neft Şirkətinin qaz hasilatının artırılmasından əldə olunacaq qaz daxildir. Qaz ehtiyatı qazın Gürcüstana ixracı məsələsində çox vacibdir. Azərbaycanın yanacaq-energetika kompleksinin (YEK) nümayəndələri dəfələrlə bəyan etdikləri kimi, Gürcüstana qaz ixracı Azərbaycanın qaz ehtiyatından və ixrac üçün azad qaz həcmlərinin olmasından asılı olacaq. Hazırda YEK-in gələn il üçün ehtiyat göstəricilərinin əvvəlcədən razılaşdırılması və təsdiqlənməsi gedir. Hazırlanmadan sonra o, təsqdilənmək üçün hökumətə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti