...

Azəri-Çıraq-Günəşli layihəsi üzrə tikinti işlərinə 10 mlrd dollar sərf olunub

Energetika Materials 23 Noyabr 2007 13:42 (UTC +04:00)
Azəri-Çıraq-Günəşli layihəsi üzrə tikinti işlərinə 10 mlrd dollar sərf olunub

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ Azəri-Çıraq-Günəşli yatağının genişmiqyaslı işlənmə layihəsi çərçivəsində aparılan tikintiyə 10 mlrd. dollar sərf olunub. Bu barədə cümə günü Bp-nin əsas tikinti layihələri üzrə vitse-prezidenti Bryus Lyuberski məlumat verib.

"Azəri" layihəsi çərçivəsində sərf olunan vəsaitin həcmi 6 mlrd. 580 mln. dollar təşkil edib. "Dərin Günəşli" layihəsi çərçivəsində 3 mlrd. 30 mln. dollar xərclənib. 2007-ci ildə "Azəri" layihəsinə sərf olunan vəsait 100 mln. dollar, "Dərin Günəşli" layihəsinə xərclənən vəsait isə 950 mln. dollar təşkil edib.

Hazırda bu layihələr çərçivəsində aparılan tikinti işləri praktiki olaraq başa çatdırılıb. Gələn ilin ortalarında Günəşli yatağının dərin hissəsində işlər başa çatdırılacaq və orada qurulan platformanın istismarına başlanacaq. Həmçinin Azəri-Çıraq-Günəşli yatağından neftin qəbulu üçün Səngəçal terminalının genişləndirilsməsi üzrə işlər praktiki olaraq başa çatıb.

Xəbər lenti

Xəbər lenti