...

Rusiya analitikləri "Bakı-Tbilisi-Qars" dəmir yol xətti ilə neftin ixrac olunacağını istisna etmir

Energetika Materials 23 Noyabr 2007 15:59 (UTC +04:00)
Rusiya analitikləri "Bakı-Tbilisi-Qars" dəmir yol xətti ilə neftin ixrac olunacağını istisna etmir

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ "Antanta-Kapital"ın neft-qaz şöbəsinin analitiki Timur Xayrulin hesab edir ki, "Bakı-Tbilisi-Qars" dan neft məhsullarının daşınması üçün istifadə edilməsi istisna deyil.

"Adətən, neftin dəmir yol nəqliyyatı ilə nəqli kəmərlə nəqlindən baha başa gəlir. Lakin alternativ olmayanda, dəmir yol nəqliyyatından neft nəqli məqsədilə istifadə etmək olar" - deyə ekspert bildirib.

Xayrullinin sözlərinə görə, neft dəmir yolu vasitəsilə nəql olunsa da, bu marşrutla nəql olunacaq neftin həcmi elə də çox olmayacaq.

Bu həftə Gürcüstanda Gürcüstan, Azərbaycan və Türkiyənin nəqliyyat sistemlərini birləşdirəcək "Bakı-Tbilisi-Qars" dəmir yol xəttinin tikintisinin başlanması ilə bağlı mərasim keçirilib. Layihənin iştirakçıları onun reallaşmasını Asiyadan Avropaya "İpək Yolu"nun bərpası hesab edirlər.

"Alfa Bank"ın analitiki Andrey Fyodrovun fikrincə, dəmir yol xətti ilə neft məhsullarının daşınması Xəzər regionunun inkişafı baxımından daha maraqlıdır.

"Dəmir yolu ilə nəql kəmərlə nəqldən baha başa gəlir, lakin indi bir çoxlarının alternativ yollar axtardığını nəzərə alsaq, bu, maraqlı ola bilər" - deyə Fyodrov qeyd edib.

"Bakı-Tbilisi-Qars" layihəsi çərçivəsində, dəmir yolu xəttinin yeni 105 kilometrlik hissəsinin tikintisi planlaşdırır. Yolun Türkiyə hissəsinin uzunluğu 76 kilometr, Gürcüstan hissəsinin uzunluğu 29 km təşkil edir. Bununla yanaşı, Gürcüstanda "Axalkalaki-Marabda-Tbilisi" dəmir yol xəttinin 183 kilometrlik hissəsi bərpa olunacaq.

Layihənin ümumi dəyəri 422 mln. dollar təşkil edir. Azərbaycan tərəfindən Gürcüstana təqdim olunan kreditin ümumi həcmi 200 mln. dollar təşkil edir. Kredit, faiz dərəcəsi 1% olmaqla, 25 illik müddətə ayrılıb.

Xəbər lenti

Xəbər lenti