...

Azərbaycan neftinin qiyməti: 19-23 noyabr həftəsinin yekunları

Energetika Materials 26 Noyabr 2007 13:42 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 19-23 noyabr həftəsinin yekunları

Azərbaycan, Bakı / Trend müxbir A.Bədəlova/ 19-23 noyabr həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $94,61/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $9,28/barr çoxdur.

19-23 noyabr həftəsində AZERI LT neftinin maksimal qiyməti $95,94/barr, minimal qiyməti isə $92,05/barr təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

19-23 noyabr həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URAL (EX-NOVO) neftinin orta qiyməti $91,13/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $11,13/barr çoxdur.

19-23 noyabr həftəsində URAL neftinin maksimal qiyməti $92,1/barr, minimal qiymət isə $88,5/barr təşkil edib.

URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

19-23 noyabr həftəsində Brent Dated neftinin orta qiyməti $94,17/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $9,83/barr çoxdur.

Ötən həftə Brent neftinin maksimal qiyməti $95,46/barr, minimal qiymət isə $91,69/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti