...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Energetika Materials 27 Noyabr 2007 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin noyabrın 26-da qiyməti 1 barel üçün 95,38 dollar təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən çərşənbə axşamı verilən məlumata görə, bazar ertəsi neftin qiyməti cümə gününə nisbətdə 1 barrel üçün 0,56 aşağı düşüb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın noyabrın 26-da qiyməti 1 barel üçün 94,39 təşkil edib. Bu, əvvəlki qiymətdən 0,56 dollar aşağıdır.

Azərbaycan neftin URAL növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Noyabrın 26-da URAL neftinin qiyməti 1 barel üçün 90,75 təşkil edib. Bu , əvvəlki qiymətdən 1,33 dollar aşağıdır.

Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin noyabrın 26-da qiyməti 1 barel üçün 95,18 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,28 dollar aşağıdır.

Xəbər lenti

Xəbər lenti