...

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yanvar-noyabr aylarında 2,5 mln. tondan çox neft məhsulları ixrac edib

Energetika Materials 4 Dekabr 2007 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend / Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən 2007-ci ilin yanvar-noyabr ayları ərzində 2,7 mln. ton neft məhsulları ixrac olunub. Noyabr ayında isə 225,16 min ton neft məhsulu ixrac olunub.

2007-ci ilin noyabr ayında həyata keçirilən ixracın əksər hissəsini dizel yanacağı təşkil edib ki, bu növ yanacağın ixracı 113,5 min tondur, ixracın ən az hissəsini isə avtomobil benzini təşkil edir, cəmi 11,5 min ton.

Noyabr ayında dünya bazarlarında avtomobil benzininin orta qiyməti bir ton üçün 818,8 dollar, aviasiya yanacağının orta qiyməti 894,38 dollar, dizel yanacağının orta qiyməti 837,65 dollar, mazutun qiyməti isə 492,39 dollar təşkil edib.

ARDNŞ-in neft məhsullarının ixracının ümumi cədvəli:

Neft məhsulu Noyabr- 07 Min ton Yanvar-noyabr - 07Min ton
Dizel yanacağı 113,529 1025
Mazut 86,808 783,3
Avtomobil benzini 11,52 323
Aviasiya kerosini 13,36 298
Sürtkü yağı 26,232
Bitum 21,667
Xəbər lenti

Xəbər lenti