...

EİTİ Təşəbbüsünün 2007-2008 – ci illərdə Azərbaycanda fəaliyyəti - ekspertlərin rəyi

Energetika Materials 7 Dekabr 2007 18:57 (UTC +04:00)

Azərbaycan, Bakı/ " TrendCapİtal ", müxbir Ü.İsmayılova/ EİTİ Təşəbbüsü 2002- ci ilin sentyabrında Yohannesburqda keçirilən sammitdə irəli sürülüb. Layihənin məqsədi ölkələrin mədən sənayesində xərclərin və gəlirlərinin şəffaflığının artırılmasıdır. Layihənin əsas ideyası hasilat sənayesində çalışan şirkətlərin onların xəzinəyə ödənişlərini ətraflı əks etdirən bəyannaməni doldurmasından ibarətdir. Öz növbəsində ərzisində resursların hasil edildiyi dövlətlər analoji bəyannaməni doldururlar və bu onların məlumatlarıan şirkətin məlumatları ilə tutuşdurmağa imkan verir. Trend ın sorğusunda iştirak edən ekspertlər Təşəbbüsün 2007-ci ildə reallaşdırılmasına dair və 2008-ci ildə EITI üzrə işlərin gedişi ilə bağlı fikirlərini bildiriblər.

İctimaiMaliyyələrin Monitorinqi Mərkəzinin rəhbəri İnqilab Əhmədov:

-- 2007 - ci ildə Azərbaycanda EİTİ-nin həyata keçirilməsi əvvəlki illərdəki ssenari üzrə davam edİb. Daimi olaraq şirkətlərin hesabatları elan edilib və onların ödəmələri ilə tanış olmaq mümkün olub. Koalisiya, öz növbəsində, alternativ rəy bildirib -hər şey proqramlaşdırılan ssenari üzrə aparılıb. 2008-ci ildə biz, Azərbaycanda işləyəcək validatorlar qrupunun işinin gücləndirilməsi və Azəbaycanın EİTİ-də statusunun təsdiqlənməsini, həmçinin, Təşəbbüsün meyarlarına uyğun olaraq, Azərbaycan modelinin qiymətləndirilməsini gözləyirik.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) sabiq prezidenti, Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov:

-- 2007-ci ildə Azərbaycanda EİTİ - nin tətbiq edilməsi 2006 və 2005-ci illərdəki prosesin davamı olub - yeni heç bir şey baş verməyib. Bu dövr ərzində 2004-cü ildə imzalanan memoranduma əsasən, dövlət komissiyasının və neft şirkətlərinin hesabatları hazırlanıb. Koalisiya vətəndaş cəmiyyətinin maarifləndirilməsi, Koalisiyanın gücləndirilməsi, bəzi tədqiqat aspektlərinin hazırlanması ilə məşğul olub. 2008-ci ildə Koalisiyanın Təşəbbüsün eninə və dərininə genişləndirilməsi arzusu var və Koalisiya bu barədə uyğun təklifləri yaxın günlərdə hökumət komissiyasına təqdim edəcək.

"İqtisadi Araşdırmalar Mərkəzi" QHT -nin rəhbəri, EİTİ üzrə Koalisiyanın koordinatoru Qubad İbadoğlu:

2007 - ci ildə EİTİ üzrə İctimai rəyin formalaşdırılması üzrə işlər və bu sahədə araşdırmalar aparıb. Koalisiyanın ən böyük uğuru kimi, Azərbaycanın problemlərinin üzə çıxarıldığı beşinci və altıncı EİTİ hesabatları üzrə alternativ rəyin hazırlanmasını göstərmək olar. Onların əsasında, 2008-ci il üçün tədbirlər planı hazırlanıb. Kifayət qədər məlumat alınmasa da, 2007-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin xərcləri və gəlirləri öyrənilib. Koalisiya neft gəlirlərinin idarə edilməsi üzrə qanun layihəsi hazırlayıb.

2008-ci ildə Koalisiya Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən layihələrin monitorinqini keçirmək və investisiya proqramlarının şəffaflığını yoxlamaq niyyətindədir. Növbəti ildə Koalisiya yalnız neft-qaz hasilat sənayesinda deyil, digər hasilat sahələrində də EİTİ-nin Təşəbbüsünü hazırlamaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti