...

2008-ci ildə dünyada neft xərclərinin artımı 10 faizi ötəcək - Lehman Brothers

Energetika Materials 10 Dekabr 2007 14:57 (UTC +04:00)
2008-ci ildə dünyada neft xərclərinin artımı 10 faizi ötəcək - Lehman Brothers

Azərbaycan, Bakı/ Trend müxbir A.Bədəlova/ Lehman Brothers-in 344 neft və qaz şirkəti arasında apardığı sorğuya əsasən, dünyada istehsalat xərclərinin 11 faiz - 2007-ci ildəki 332 mlrd. dollardan 2008-ci ildə 369 mlrd. dollaradək artacağı ehtimal olunur. Bu barədə Energy İntelligence məlumat verib. Proqnozlara görə, iki il ardıcıl davam edən istehsalat artımı nəticəsində 2008-ci ildə Şimali Amerika hüdudlarından kənarda istehsalat xərcləri 16 faiz artaraq 267 mlrd. dollar olacaq. 2008-ci ildə ABŞ-da xərclərin 3.5 faiz - 2007-ci ildəki 78 mlrd. dollardan 81 mlrd. dollaradək artması gözlənilir. Kanadanın xərcləri 12 faiz - 2007-ci ildəki 23.2 mlrd. dollardan 2008-ci ildə 20.3 mlrd. dollaradək azalacaq. Xərclərini ixtisar edəcək şirkətlərə "Canadian Natural Resources" (30 faiz), "EnCana" (27 faiz), "Nexen" (56 faiz) və "Talisma"n (40 faiz) daxildir. Növbəti ildə yüksək istehsal xərclərinin olacağı proqnozlaşdırılan şirkətlərə BP (artım 21 faiz), "Chevron" (7 faiz), "Hess" (15 faiz), "Royal Dutch Shell" (15 faiz) və "Total" (25 faiz) daxildir. Bəzi şirkətlər 2008-ci ildə xərclərini aşağı salacaqlar: "Chesapeake" (6 faiz), "Marathon" (12 faiz), "Newfield" (10 faiz), "Nexen" (62 faiz), "Pioneer Natural Resources" (19 faiz) və "Plains Exploration & Production" (14 faiz). Xərclərin artımı Rusia, Orta Şərq və Afrika, həmçinin Şimali Amerikanın müstəqil şirkətləri arasında müşahidə olunacaq. Rusiyanın altı böyük şirkətinin - "Qazprom", "Qazpromneft", "Lukoyl", "Rosneft", "Surqutneftqaz" və TNK-nın xərcləri bu il 28 faizdək artacaq. Lakin proqnozlara görə, növbəti ildə bu şirkətlərin xərclərinin artım tempi 21 faizədək azalacaq. Orta Şərq və Afrika şirkətləri öz xərclərini 25 faizədək artıracaqlar. "Sonangol" (Anqola), "SonAtarach" (Əlcəzair) və "Nigerian National Petroleum Corp." kimi bəzi şirkətlərin xərcləri 30 faizdən çox artacaq. Proqnozlara görə, böyük Avropa şirkətlərinin xərcləri 9 faiz artacaq. Ən böyük xərclər BG (40 faiz), "Eni" (13 faiz) və OMV (13 faiz) şirkətlərində gözlənilir. "Repsol YDF" öz xərclərini 16 faiz azaldacaq.

Xəbər lenti

Xəbər lenti