...

"Kaşaqan" üzrə danışıqlar yanvarın 15-nə qədər uzadılıb – nazir

Energetika Materials 25 Dekabr 2007 12:25 (UTC +04:00)
"Kaşaqan" üzrə danışıqlar yanvarın 15-nə qədər uzadılıb – nazir

Qazaxıstan, Astana / Trend müxbir K.Konırova/ Qazaxıstan hökumətinin "Kaşaqan" üzrə Agip KCO konsorsiumu ilə danışıqlar prosesi gələn il yanvarın 15-nə qədər uzadılıb. Bu barədə çərşənbə axşamı jurnalistlərin suallarına cavab verən Respublikanın energetika və təbii sərvətlər naziri Sauat Mınbayev məlumat verib.

Nazir bildirib ki, Qazaxıstan bu layihədə "KazMunayQaz" milli neft-qaz şirkətinin payını 16,8 faizə qədər artıracağına ümid edir.

Onun sözlərinə görə, qiymət barəsində razılaşma "ExxonMobil" istisna olmaqla 5 şirkət ilə əldə olunub.

"Onunla biz hələ qiymət barəsində müqavilə əldə edə bilməmişik. Buna görə danışıqlar prosesi yanvarın 15-nə qədər uzadılıb" - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti