...

Azərbaycanda hasilat sənayesində şəffalıq Təşəbbüsü üzrə yeddinci hesabat açıqlanıb

Energetika Materials 25 Dekabr 2007 17:02 (UTC +04:00)
Azərbaycanda hasilat sənayesində şəffalıq Təşəbbüsü üzrə yeddinci hesabat açıqlanıb

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova/ Mineral ehtiyatlar hasilatı sənayesinin şəffaflığı üzrə Təşəbbüs komissiyası (EİTİ) Azərbaycanın EİTİ üzrə yeddinci hesabatını açıqlayıb. Hesabat Beynəlxalq audit şirkəti Moore Stephens tərəfindən hazırlanıb. Dövlət Neft Fondunun yaydığı hesabat 2007-ci ilin birinci yarısında ölkənin hasilat sənayesindəki gəlirləri əhatə edib. Hesabata əsasən, hökumət neft-qaz sektorundakı xarici şirkətlərdən yarım il ərzində 16.01 mln. barel neft və 1431.538 mln. kubmetr qaz alıb. Audit şirkəti yoxlamalar nəticəsində, hökumətdən alınan məlumatların düzgünlüyünü təsdiqləyib. Yerli şirkətlərin qaz hasilatında hökumətin payı 7.696 mln. kubmetr qaz təşkil edib. Xarici şirkətlərdən mənfəət vergisi kimi 776.982 mln manat, imzalanmış bonuslara görə 41 mln. dollar, digər ödəmələrə görə (tranzit ödəmələri və s.) 0.9 mln. dollar alınıb. Neftin dəyəri 17.586 mln. manat ölçüsündə göstərilib. Yerli şirkətlərdən ödəmələr 197.723 mln. manat səviyyəsində royalti vergisindən, 15.701 mln. manat mənfəət vergisindən, 66.521 mln. manat digər vergilərdən ( mənbənin vergisi istisna olmaqla, gəlir vergisi və sosial ödəmələr) olub. Daxili və ixrac qiymətləri arasındakı fərq 18.978 mln. dollar olub. Ümumilikdə 2007-ci ilin birinci yarısında Azərbaycan hökumətinə neft-qaz layihələrindən 78.464 mln. dollar və 956.927 mln. dollar verilib. Qarşılıqlı anlaşma memorandumunda 25 neft-qaz şirkəti iştirak edir. Memoranduma Inpex Azerbaijan, Binagadi Oil, RAFI Oil və Naftiran Intertrade Co. Limited. şirkətləri sonuncu olaraq qoşulublar.

Xəbər lenti

Xəbər lenti