...

"Azərenerji" elektrik enerjisinin böyük həcmdə istehsalına hazırlaşır

Energetika Materials 29 Dekabr 2007 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Əliyev/ "Azərenerji" Səhmdar Cəmiyyəti və onun elekrik enerjisi istehsalı və verilməsi üzrə struktur bölmələri bayram günlərində proqnozlaşdırılan böyük həcmdə enerji istehlakına hazırdır. Bu barədə şənbə günü SC-dən məlumat veriblər. Gərgin saatlar 31 dekabr gecəsindən yanvarın 1-dək olacaq. Son günlərdə respublikada 73.5 mln. kVt/s elektrik enerjisi istehsal olunub. "Azərenerji"nin proqnozlarına görə, bayram günləri 78 mln. kVt/s elektrik enerjisi istehsal olunacaq.

Xəbər lenti

Xəbər lenti