Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanla sərhədin yaxınlığında yerləşən "Cahandar" onşor meydanında ilk axtarış-kəşfiyyat quyusunu qazmağa başlayıb. Bu barədə bazar ertəsi ARDNŞ-dən məlumat verilib.
Qazılması planlaşdırılan quyunun dərinliyi təxminən 3400 metrdir. Əvvəllər meydanda araşdırma işləri aparılıb və axtarış-kəşfiyyat quyusunun qazılması qərara alınıb.
Qazma işləri ARDNŞ-nin "Qobustan" Kəşfiyyat Qazma İşləri İdarəsi tərəfindən həyata keçirilir. Quyunun qazılması 2008-ci ilin sonuna qədər başa çatdırılacaq.
Yanvarın birində "Qobustan" Qazma İdarəsi Azərbaycanın quru ərazisinin "Cəfərli" yatağında quyu qazımasını başa çatdırıb. Quyunun dərinliyi 3970 metr, sutkalıq debit isə 70 ton olub.