Azərbaycan, Bakı, 05 fevral / " / Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) yanvarda təxminən 930 min ton neft ixrac edib. Bu barədə şirkətin məlumatında bildirilir.
Yanvar ayında Bakı-Novorossiysk marşrutu üzrə neft ixracı 256 min ton təşkil edib. 2007-ci ilin yanvarında bu göstərici 4 min tona bərabər olub. Ötən ilin əvvəlində Rusiyadan qaz idxalının dayandırılması və ektrik stasiyalarında işin mazut rejiimnə keçirilməsi səbəbindən Bakı-Novorossiysk boru kəməri ilə neft ixracı demək olar ki, həyata keçirilməyib.
Yanvar ayında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 674,3 min ton neft ixrac olunub.
Bakı-Subsa qərb boru kəməri marşrutu üzrə təmir işlərinin aparılması ilə əlaqədar olaraq 2006-cı ilin noyabrından neft ixracı həyata keçirilmir. Həmçinin Gürcüstanın Qara dəniz-Batumi limanı istiqamətində dəmir yolu ilə cari ilin yanvar ayında neft ixrac olunmayıb.