...

"Rompetrol" Qazaxıstan və Avropa arasında enerji körpüsü yaratmaq istəyir – şirkət rəhbəri

Energetika Materials 8 Fevral 2008 14:11 (UTC +04:00)
"Rompetrol" Qazaxıstan və Avropa arasında enerji körpüsü yaratmaq istəyir – şirkət rəhbəri

Qazaxıstan, Astana, 08 fevral / " , müxbir K.Konırova / Gürcüstanın Qara dəniz Batumi və Rumıniyanın Konstantsa limanları Qazaxıstan ilə Avropa arasında enerji körpüsü ola bilər. Bu barədə bu gün Astanada keçirilən mətbuat konfransında jurnalistlərə "Rompetrol"un baş direktoru Dinu Patriçiu bildirib.

"KazMunayqaz"ın Batumi terminalını əldə etməsindən sonra biz dərhal Konstantsada neft emalı zavodu yanındakı terminalı inkişaf etdirməyə başladıq" - deyə Patriçiu vurğulayıb.

Onun fikrincə, bu, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün alternativ marşrutlardan biridir.

"Bu gün "Nabukko" (boru kəməri) layihəsi barədə çox danışırlar. Lakin mən fikirləşirəm ki, reallıqda "Cənub axını" layihəsi barədə danışacaqlar. Bu gün Avropa üçün alternativ gətirəcək istənilən şirkət günün qəhrəmanı ola bilər. Bizim bu gün belə potensialımız var və birgə layihələrin reallaşdırılması barədə danışa bilərik. Bu, Batumi və Konstantsadan tanker daşımaları və ya Qara dənizin dibi və ya sahili ilə qaz kəmərinin tikintisi ola bilər" - deyə Patriçiu yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti