...

Avropaya yol Bakı-Batumi-Kostansadan keçə bilər – "Rompetrol"un rəhbəri

Energetika Materials 9 Fevral 2008 14:07 (UTC +04:00)
Avropaya yol Bakı-Batumi-Kostansadan keçə bilər – "Rompetrol"un rəhbəri

Qazaxıstan, Astana, 09 fevral/ Trend , müxbir K.Konırova/ Avropada alternativ qaz tədarükü haqqında müzakirələr aktualdır. Bu barədə Astanada "Rompetrol"un baş direktoru Dinu Patriçiu junralistlərə bildirib.

"Müzakirələrin mərkəzində Avropanın Rusiyadan asılılığı durur. İndi Rusiyaya alternativ marşrut tapmağa çalışırlar. Bakıdan Batumi terminalı vasitəsilə Ruminyanın Konstansa limanınadək yol variantlardan biridir" - Patriçiu bildirib.

Patriçiu Gürcüstanın Batumi Qara dəniz limanı və Rumıniyanın Konstansa limanının Qazaxıstan və Avropa arasında enerji körpüsü ola biləcəyini hesab edir. "KazMunayqaz" Batumi terminalını aldıqdan dərhal sonra biz Konstansadakı neft emalı zavodumuzun yaxınlığındakı terminalın inkişaf etdirilməsinə başladıq" - Patriçiu qeyd edib. Onun rəyinə görə, bu, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün alternativ marşrutlardan biridir.

"Bu gün "Nabukko" layihəsindən (qaz kəməri) çox danışırlar. Lakin düşünürəm ki, "Cənub axını" layihəsindən danışmaq daha real olar. Bu gün Avropaya alternativ gətirəcək istənilən şirkət günün qəhrəmanı ola bilər. Bizim bu gün belə potensialımız var və birgə layihələrin reallaşdırılması haqqında danışa bilərik. Bu, Batumi və Konstansadan tanker daşınmaları və ya Qara dənizin dibi və ya sahili ilə qaz kəmərinin tikintisi ola bilər" -Patriçiu bildirib.

"KazMunayqaz"ın mətubat konfransında iştirak edən vitse-prezidenti Daniyar Berlibayev Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Qazaxıstan neftinin Bakıdan dünya bazarlarına çıxarılması üzrə işin Azərbaycan Dövlət Neft Şirkəti ilə birgə aparıldığını bildirib.

"Qaz layihəsinə [Transxəzər] gəldikdə isə, biz prosesin iştirakçıları kimi Xəzərin dibi üzrə "Nabukko" layihəsinin müzakirələrində iştirak edirik. Lakin hələ ki, bu layihənin reallaşdırılması haqqında söhbət aparmırıq" - Berlibayev bildirib.

2007-ci ildə "KazMunayQaz" Milli Şirkət" SC Rumıniyanın 75 faiz səhmlərini alıb.

"Rompetrol"un tərkibində iki neft emalı zavodu (Petromidia və Veqa) və Avropa ölkələrində (Rumıniya, Fransa, İspaniya, Moldova, Ukrayna, Bolqarıstan, Albaniya, Gürcüstan) 630 yanacaqdoldurma məntəqəsi var. "Rompetrol" Türkiyə, Ukrayna, Xorvatiya və Moldovaya neft məhsulları tədarük edir, tankerlərin icarəsinə uzunmüddətli beşillik müqaviləsi var.

Şirkətin baş ofisi Niderlandda, əməliyyatlarının və aktivlərinin böyük hissəsi isə Fransa, Rumıniya, İspaniya və Cənub-Şərqi Avropada yerləşir. "Rompetrol"un tərkibində dünyanın 13 ölkəsindən olan səkkiz mindən çox yüksək ixtisaslı işçi çalışır.

"Rompetrol"un Direktorlar Şurasının sədri "KazMunayQaz" MŞ SC-nin vitse-prezidenti Berlibayev, baş direktoru isə Patriçiudur.

Xəbər lenti

Xəbər lenti