...

Abunəçilərə verilən qazın keyfiyyəti standartlara tam cavab verir-"Azəriqaz"-ın vitse-prezidenti (video)

Energetika Materials 14 Fevral 2008 18:33 (UTC +04:00)
Abunəçilərə verilən qazın keyfiyyəti standartlara tam cavab verir-"Azəriqaz"-ın vitse-prezidenti (video)

Azərbaycan, Bakı, 14 fevral/ " müxbir S.Əliyev/ Yanvarda Azərbaycanda qazla bağlı 42 hadisə (2007-ci ildə baş vermiş analoji hadisələrin ümumi sayının təqribən üçdə birini təşkil edir) qeydə alınıb. Yanvarda baş verən hadisələr nəticəsində 16 nəfər həlak olub, 49 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Bu barədə cümə axşamı QSC rəhbərinin müavini Nazim Səmədzadə məlumat verib.

Hadisələrin ümumi sayından 6-sı məişət qazının partlayışı, 36-sı isə, dəm qazı ilə zəhərlənmədir.

Ötən il respublikada qazla bağlı 151 hadisə baş verib, 60 nəfər həlak olub, 134 nəfər yaralanıb. Səmədzadə bildirib ki, hadisələrin ümumi sayından 13-ü qaz partlayışı, 138-i isə, dəm qazından zəhərlənmədir.

Onun sözlərinə görə, hadisələrin səbəbi qaz cihazlarından qeyri-düzgün istifadə və evlərdə ventilyasiya ilə bağlı problemlərdir. Azərbaycanın Sənaye və Energetika Nazirliyinin təsdiq etdiyi qazdan istifadə haqqında qaydalarda deyildiyi kimi, yaşayış yerlərində ventilyasiya daim yoxlanılmalıdır. Yaşayış binalarında ventilyasiya konstruksiyalarına daimi xidmət göstərilməlidir ki, bu da heç də həmişə həyata keçirilmir.

Son zamanlar Azərbaycanda abunəçilərə verilən qazın keyfiyyəti haqqında məsələ qaldırılıb. Səmədzadənin sözlərinə görə, Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən -"Azəriqaz" QSC-nin sisteminə verilən qaz onun məişət abunəçiləri tərəfindən istifadəsi üçün standartlara tam uyğundur. Lakin qazın nəqli ilə bağlı problemlər mövcuddur.

"Qazın QSC-nin magistral və digər boru kəmərlərilə nəqli zamanı su ayrılır və bu, boru kəmərlərinin korroziyasını sürətləndirir, buraxıcı gücünü azaldır. Bu məsələ həll ediləcək", - Səmədzadə bildirib.

Məqalə müəllifinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti