...

Azərbaycan neftinin qiyməti: 3-7mart həftəsinin xülasəsi

Energetika Materials 11 Mart 2008 18:43 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 3-7mart həftəsinin xülasəsi

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir A.Bədəlova/

3 -7 mart həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $103,26/barel təşkil edib, bu da ötən həftənin orta qiymətindən 2,27 dollar çoxdur.

3 -7 mart həftəsindəAZERI LT neftinin maksimal qiyməti $106,1/barel, minimal qiyməti isə $99,79/barel təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14 faizdir.

3 -7 mart həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URAL (EX-NOVO) neftinin orta qiyməti $95,54/barel təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,61/barel çoxdur.

Qeyd olunan həftədə URALS neftinin maksimal qiyməti $98,34/barel, minimal qiymət isə, $92,09/barel təşkil edib.

URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3 faizdir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası, müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq, dəyişir.

Son həftədəBrent Dated neftinin orta qiyməti $102,04/barr təşkil edib, ki, bu da ötən həftənin orta qiymətindən $2,88/barel çoxdur. Maksimal qiyməti $105,04/barel, minimal qiymət isə $98,47/barel təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36 faizdir.

Müəlliflə əlaqə ünvanı: - [email protected]

Xəbər lenti

Xəbər lenti