...

Azərbaycan Gürcüstana elektrik enerjisi tədarükünə başlayıb

Energetika Materials 12 Mart 2008 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , S.Əliyev/ Azərbaycan Gürcüstana elektrik enerjisi tədarükünə başlayıb. Bu barədə çərşənbə günü "Azəreneji" Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

Bir gün əvvəl Rusiya Gürcüstana "Kavkasioni" yüksək voltlu elektirik ötürücüsü xətti (EÖX) ilə elektrik enerjisi tədarükünü müvəqqəti olaraq dayandırıb. Dayandırılmanın səbəbi Gürcüstanın "İnquri" HES-də keçirilən planlı təmir işləri ilə əlaqədardır.

Əsgərovun sözlərinə görə, dünən Gürcüstan tərəfi məktub vasitəsilə tədarükün bərpası üçün müraciət edib və çərşənbə axşamı Azərbaycan Gürcüstana elektirik enerjisi tədarükünə başlayıb. Ölkələri birləşdirən EÖX vasitəsilə 100 MBt elektrik enerjisi ötürülür.

Rüsiya qış mövsümündə Gürcüstana sutkada 4,3 mln. kVt/s elektrik enerjisi, yay mövsümündə isə eyni həcmli elektrik enerjisini Gürcüstan Rusiyaya tədarük edir.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti