...

OPEK-in gəlirləri 2008-ci ildə üçdə bir dəfə artacaq – EIA

Energetika Materials 12 Mart 2008 12:59 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir A.Bədəlova/ ABŞ-ın Dövlət Energetika İnformasiyaları İdarəsinin (EIA) qiymətləndirməsinə əsasən, OPEK ölkələrinin neftinin xalis ixracından əldə edəcəyi gəlirlər 2008-ci ildə 927 mlrd. dollar təşkil edəcək. Bu göstərici 2007-ci ildə 676 mlrd. dollara bərabər olub.

EIA-dan çərşənbə günü Trend a verilən məlumata görə, 2009-cu ildə OPEK ölkələrinin mənfəəti 97 mlrd. dollar azalaraq 830 mlrd. dollara qədər encək. EIA-dan OPEK-in 2009-cu ildə xalis neft ixracından əldə etdiyi gəlirlərin 10,5 faiz aşağı qiymətləndirilməsini izah etmirlər. Müstəqil ekspertlər bunu ABŞ-ın qeyri-stabil iqtisadiyyatı səbəbindən neft qiymətinin azalması ilə əlaqələndirirlər.

EIA-nın qiymətləndirməsinə görə, OPEK ölkələrində xalis neft ixracından əldə olunan gəlirlər 2006-cı ilə nisbətdə 2007-ci ildə 10 faiz artaraq 676 mlrd. dollara çatıb. Gəlirin böyük hissəsi - 194 mlrd. dolları Səudiyyə Ərəbistanının payına düşüb. Bu, ötən il OPEK gəlirlərinin üçdə birini təşkil edib.

EIA proqnozlarına görə, 2009-cu ildə OPEK-in neft hasilatı orta hesabla sutkada 31,8 mln. barel təşkil edəcək. Cari ildə bu proqnozlar 32,6 mln. bareldir.

OPEK-in xalis neft ixracından mənfəəti ($ mlrd.)

2007 2008 2009
Əlcəzair $51 - -
Anqola $44 - -
Ekvador $8 - -
İndoneziya -$4 - -
İran $58 - -
İraq $38 - -
Küveyt $55 - -
Liviya $41 - -
Nigeriya $56 - -
Qətər $26 - -
Səudiyyə Ərəbistanı $194 - -
BƏƏ $63 - -
Venesuela $48 - -
OPEK $676 $927 $830

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti