...

"Socar Georgia" - Gürcüstanın neft biznesi sahəsində ən iri vergi ödəyicisidir

Energetika Materials 14 Mart 2008 13:06 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 14 mart / " , müxbir N.Kirtsxalia/ Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) törəmə şirkəti olan "Socar Georgia" 2007-ci ilin yekunları üzrə Gürcüstanın dövlət büdcəsinə 100 mln. lari köçürərək, neft sahəsində "ən iri vergi ödəyici şirkət" mükafatını alıb. Bu barədə "TrenlCapital"ın Gürcüstandakı xüsusi müxbiri məlumat verib.

"Socar Georgia" bu titulu iki il dalbadal bu nominasiya üzrə ən yaxşı şirkət adını almış "Vissol Petroleum Corcia" şirkətinin əlindən alıb.

Ekpertlər hesab edirlər ki, "Socar Georgia" şirkəti Gürcüstanda yenicə işə başlamasına baxmayaraq, "birincilik palması"nı uzun illər boyu qoruyub saxlaya biləcək.

"Socar Georgia" şirkəti Gürcüstan bazarına neft məshullarının tədarükü, avtoyanacaqdoldurma stansiyalarının tikintisi və s. işlərlə məşğul olur.

Xəbər lenti

Xəbər lenti