...

Azerikimya DŞ 2007-ci ildə proqnozlaşdırılanın yalnız beşdə birini istehsal edib – Azərbaycanın baş naziri

Energetika Materials 14 Mart 2008 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart/ Trend , müxbir İ.Xəlilova/ 2007-ci ildə Azerikimya DŞ müəssisələrində 125,5 mln. manatlıq məhsul istehsal edilib. BU proqnozlaşdırılan həcmin yalnız 20,8 faizini təşkil edir və 2006-cı ildən 15,3 faiz azdır. Bu barədə cümə günü Azərbaycanın Baş naziri Artur Rasizadə ölkə hökumətinə 2007-ci ildə ölkənin sosial-iqtisadi inkişafı üzrə hesabat təqdim edərkən məlumat verib.

Onun sözlərinə görə, müəssisələrdə istehsalın azalmasına səbəb, 2007-ci ilin birinci rübündə enerji daşıyıcılarının qiymətinin artması olub. Bununla əlaqədar, bəzi DŞ müəssisələrinin fəaliyyəti müvvəqəti dayandırılıb. Bundan əlavə, DŞ-i xammalla (nafta) təminatda problemlə üzləşib.

Əvvəlki illərdə olduğu kimi,2007-ci ildə də $90 mln. məbləğində məhsulun əsas hissəsi (polietilen, izopropil spirti, poliefir qətranı və.s) ixrac edilib. Xammal və enerji daşıyıcılarından qənaətli rejimdə istifadə, texnoloji proseslərin təkmilləşdirilməsi, texnoloji əmək intizamının gücləndirilməsi nəticəsində, Dövlət Şirkəti 2007-ci ili 8,2 mln. manat balans mənfəəti ilə başa vurub.

Xəbər lenti

Xəbər lenti